USD - 1.7 EUR - 1.8799 RUB - 0.0265 TRY - 0.2973 DAHA ÇOX
SON DƏQİQƏ
“ABAD” 3 yaşını qeyd edir - VİDEO ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırılıb - VİDEO 7 ildir bağlı olan yol istifadəyə verildi Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb Dollar və manatın bugünkü məzənnəsi
“Hərbiyyə - 101” düşərgəsində növbəti gün

"Hərbiyyə - 101" düşərgəsinin 5-ci gününə silahsız sıra hərəkətləri üzrə məşğələ ilə start verilib.

Sonra Sultanbud meşəsinə doğru hərəkət edən iştirakçıların avtomobil kalonu yol döngəsində xüsusi təyinatlı kəşfiyyatçı qrupun pusqusuna məruz qalıb. Kəşfiyyatçılar ağaclardan, əvvəlcədən qazılmış çalalardan və daldanacaqlardan hərəkət edərək iştirakçıları mühasirəyə alıb, onları, texnikaları girov götürməyə çalışıblar. İştirakçılar da öz növbəsində müqavimət göstərərək hətta əli silahlı kəşfiyyatçılarla əlbəyaxa döyüşə çıxıblar.

Silahların işə düşməsinə, partlayışların törədilməsinə baxmayaraq iştirakçılar sonadək mübarizə apararaq bayraqlarını müdafiə ediblər. Birlik komandiri, general - mayor Mayis Bərxudarov iştirakçıları pusqudan uğurla çıxdıqlarına görə təbrik edib.

Həmçinin kəşfiyyat qrupları tərəfindən düşmən obyektlərinə nümunəvi basqın məşğələsi keçirilib. Düşmən obyektlərinin mühafizəçiləri zərərsizləşdirilib, kəşfiyyatçılar bir nəfəri əsir götürərək qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetiriblər.

Yaşayış məntəqələrində xüsusi təyinatlı qrupların fəaliyyəti üzrə nümunəvi məşqlər də təqdim olunub.

Kəşfiyyatçı snayperlərin və əsgərlərin müxtəlif şəraitlərdə birlikdə maskalanması, həmçinin kəşfiyyat silah və optik elektron cihazlar, mini pilotsuz uçuş aparatları, dağ ləvazimatları və xüsusi kəşfiyyatçı geyimləri ilə tanışlıq keçirilib.

Komanda üzvləri kompasın köməyi ilə hərəkət qaydalarını mənimsəyib, həmçinin 5 km məsafəyə səmti müəyyənləşdirmə üzrə idman yarışları təşkil olunub.

Sonra Beyləqan rayonunun Qəhrəmanlı kəndində yerləşən Şəhidlər abidəsi ziyarət olunub.

Yat komandasından sonra gecə yarısı həyəcan siqnalı əsasında iştirakçıların ayıqlığı yoxlanılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio