10 sentyabr 2019-cu il tarixində "Hərbiyyə -101" hərbi vətənpərvərlik düşərgəsinin bağlanış mərasimi keçirilib.
Tədbirdə Birlik komandiri, general - mayor Mayis Bərxudarov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, "ASAN Könüllüləri" Təşkilatının sədri Səbinə Cabarova və digər qonaqlar iştirak ediblər.
Mərasimdə düşərgə müddətində komandalar arasında keçirilən yarışların nəticələrinə uyğun olaraq mükafatlandırma mərasimi keçirilib.
Sonda xatirə şəkli çəkilib.
5-10 sentyabr tarixini əhatə edən və Bakı şəhərinin işğaldan azad olunmasının 101 illiyinə həsr edilmiş düşərgə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Layihənin media tərəfdaşları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, ASAN Radio və www.azvision.az xəbər saytıdır.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!