Rəşad və Rəşid Azadlı qardaşları yüksək bal toplayaraq (Rəşad 679.3 bal, Rəşid 663 bal) Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi ixtisasını seçiblər.
BANM-dən ASAN Radioya bildirilib ki, Rəşad və Rəşiddə neft-qaz sənayesinə maraq atalarının uzun illər SOCAR-ın Qaz İxrac İdarəsində işləməsi ilə yaranıb. Bununla belə valideynləri onların ixtisas seçimlərinə heç bir müdaxilə etməyiblər. Onlar Bakı Ali Neft Məktəbində ixtisasları üzrə peşəkar ingilisdilli mühəndis kimi yetişəcəklərinə əmindirlər.
Rəşad deyir ki, əkiz olduqları üçün maraq dairələri də eynidir. Hər ikisi tennis oynamağı çox sevir. Əkizlər BANM-də eyni ixtisasla yanaşı, həm də eyni qrupda təhsil alacaqlar.
Hər iki qardaş Bakı şəhəri 147 nömrəli Texniki Humanitar Liseyin məzunudur.
Rəşad Azadlı Prezident İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına” əsasən, Prezident təqaüdünə layiq görülüb. O, Bakı Ali Neft Məktəbinə qəbul olunmuş Prezident təqaüdçülərindən biridir.
Qeyd edək ki, müvafiq Sərəncama əsasən, yeni tədris ilində 23 BANM tələbəsi Prezident təqaüdü alacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!