10 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib.
Toplantıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, həmçinin İctimai Şuranın nümayəndələri iştirak ediblər. İştirakçılara Dövlət Gömrük Komitəsinin “Elektron növbə” xidməti təqdim edilib, xidmətin imkanları və görülmüş işlər barədə ətraflı məlumat verilib. “Elektron növbə” qabaqcadan onlayn növbə götürməklə sərhəd-keçid zonasına girişi təmin edəcək. Bu xidmət sərhəd-buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin keçid prosesini daha da sürətləndirməyi nəzərdə tutur. Sərhəddə növbədə gözləmək istəməyən vətəndaşlar
“Elektron növbə” xidmətindən istifadə etməklə onlayn qaydada həm özü, həm də avtomobili üçün növbə tutacaq və seçdiyi vaxta uyğun olaraq sərhəd-buraxılış məntəqəsinə yaxınlaşa biləcəklər. Sonda təqdim olunan layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, Şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər bildirilib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!