USD - 1.7 EUR - 1.8799 RUB - 0.0265 TRY - 0.2973 DAHA ÇOX
SON DƏQİQƏ
“ABAD” 3 yaşını qeyd edir - VİDEO ABŞ-da “Qarabağ Azərbaycanındır” şüarını daşıyan təyyarələr havaya qaldırılıb - VİDEO 7 ildir bağlı olan yol istifadəyə verildi Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb Dollar və manatın bugünkü məzənnəsi
Tarix İnstitutu Bolqarıstanın Şumen Universiteti ilə müqavilə bağlayacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Bolqarıstanın Yepiskop Konstantin Preslavski adına Şumen Universitetinin professoru, tarix elmləri doktoru Biser Qeorqiyevlə görüşüb.

Tarix İnstitutundan ASAN Radioya verilən məlumata görə, görüşdə Biser Qeorqiyev Şumen Universitetinin institutla elmi əməkdaşlıq əlaqələri qurmaq istədiyini bildirib.

Bolqar alim deyib ki, Şumen Universitetinin humanitar elmlər fakültəsinin Elmi Şurasında Tarix İnstitutu ilə əməkdaşlıq təklifi səsə qoyulub və qəbul edilib.

Yaqub Mahmudov bildirib ki, ölkələrimiz və xalqlarımız arasında tarixi yaxınlıq var: “Azərbaycanın elmi əlaqələrində Bolqarıstan xüsusi yer tutur”.

Görüşdə Tarix İnstitutu ilə Şumen Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə olunub. Razılığa əsasən, birgə kitablar çap ediləcək və elmi konfranslar keçiriləcək. Bundan başqa, Tarix İnstitutunda və Şumen Universitetində Azərbaycan-Bolqarıstan əlaqələri tarixini araşdıran mərkəzlərin yaradılması qərara alınıb. Bu mərkəzlərdə iki ölkə arasındakı əlaqələrin tarixi qədimdən müasir dövrədək, o cümlədən Bolqarıstanın erkən orta əsrlər tarixi və Bulqar türk dövlətinin türk dünyasındakı yeri araşdırılacaq.

Yaqub Mahmudov qonağa görkəmli Avstriya tarixçisi Erix Fayqlın (1931-2007) bolqarcaya tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabı barədə ətraflı məlumat verib: “10 ildən çoxdur ki, “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabı Azərbaycan tarixini dünyaya olduğu kimi, təhrifsiz çatdırır. Bu kitab Avropada Azərbaycan tarixini obyektiv əks etdirən ilk fundamental əsərdir. Kitabın əsas bölmələrindən biri Dağlıq Qarabağ münaqişəsinə həsr olunub”.

Görüşün sonunda Yaqub Mahmudov Şumen Universitetinə Tarix İnstitutunun rus dilindəki nəşrlərini - “Azərbaycan: qısa dövlətçilik tarixi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” və “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” kitablarını hədiyyə edib.

Xatırladaq ki, bolqarcaya tərcümə edilmiş “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi” kitabının təqdimatı 2017-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio