USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Zakir Həsənov: "Azərbaycan Ordusu müharibəyə hazırdır"

“Azərbaycan ordusu daim təlimlər keçir. Bunların hamısı müharibəyə hazırlıq məqsədi daşıyır”

ASAN Radio xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov “Real TV”yə müsahibəsində deyib. Nazir vurğulayıb ki, Azərbaycan ordusu hər dəqiqə müharibəyə hazır olmalıdır:

“Ordumuz müharibəyə hazırdır. Ordumuz öz müqəddəs borcunu yerinə yetirməyə, torpaqlarını işğaldan azad etməyə hazırlaşır, hazırdır və bunu arzulayır. Bizim şəxsi heyətin döyüş hazırlığının olmasının sübutu da var. 2016-cı ildə biz bunu sübut etdik”.

Z.Həsənov qeyd edib ki, düşmənlərimiz son zamanlar keçirilən beynəlxalq hərbi oyunlarda sonuncu yerləri tuturlar: “Bunu özləri də yazırlar ki, biabır olublar. Hər bir hərbi oyunda onlar biabır olurlar. Azərbaycan Ordusu isə belə yarışlarda daim yüksək yerlər tutur. Bu, ordumuzun nə dərəcədə böyük döyüş qabiliyyətinə malik olmasının göstəricisidir. Şəxsi heyətin yüksək səviyyədə döyüş hazırlığı, döyüş qabiliyyəti, ilk növbədə onların vətənpərvərliyindən asılıdır. Xüsusilə qeyd etmək istəyirəm ki, son illər şəxsi heyətin nizam-intizamı, ideoloji hazırlığı yüksək səviyyədədir. Azərbaycan xalqı öz Ordusunu sevir, ona güvənir və ona dəstək olur”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!