USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“VFS Global”, Elektron Hökumətin İnkişafı Mərkəzi və İnnovasiyalar Mərkəzi Anlaşma Memorandumu imzalayıblar

Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM), “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “VFS Global” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

ASAN Radio xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “VFS Global”ın müxtəlif ölkələrə viza, pasport və müxtəlif vətəndaş xidmətləri göstərən ən böyük şirkət olduğunu qeyd edib. Agentliyin sədri bildirib ki, dünyanın 147 ölkəsində 3093 viza müraciəti mərkəzinə malik olan “VFS Global” indiyədək 203 milyondan çox viza müraciətini qəbul edib.

Ülvi Mehdiyevin sözlərinə görə, memorandum “VFS Global” şirkətinin geniş əhatə dairəsi və imkanlarından istifadə etməklə “ASAN xidmət” modelinin və elektron hökumət sahəsində Azərbaycanda yaradılmış elektron həllərin şirkətin fəaliyyət göstərdiyi ölkələrdə tətbiqi, təbliği və inkişaf etdirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.

“VFS Global” şirkətinin əməliyyatlar üzrə baş direktoru Sen Prabuddha memorandumun imzalanmasından məmnunluğunu ifadə edib. O, imzalanan memorandumun tərəflərin hər birinə faydalı olacağını diqqətə çatdırıb.

Sonra tərəflər arasında anlaşma memorandumu imzalanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!