USD - 1.7 EUR - 1.8907 RUB - 0.0265 TRY - 0.2924 DAHA ÇOX
SON DƏQİQƏ
“Toyota Caucasus” şirkəti daha bir sınaq yürüşü təşkil edib DSX-dan uğurlu əməliyyat: 5 nəfər saxlanıldı BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi başlayır
“ASAN xidmət”ə 33 milyonuncu müraciət

“ASAN xidmət”ə 33 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Bu müraciət 2 saylı Bakı "ASAN xidmət" mərkəzinə Rəşad Abdullayev tərəfindən edilib. O, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən notariat xidmətindən yararlanıb.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio