USD - 1.7 EUR - 1.8873 RUB - 0.0242 TRY - 0.2491 DAHA ÇOX
SON DƏQİQƏ
MM-in növbədənkənar sessiyasının ilk iclasları iyunun 1-i və 2-də keçiriləcək Əli Əhmədov: “Sosial şəbəkələrlə əlaqədar fəaliyyətdə hüquqi tənzimlənmə mexanizminin yaradılması sosial sifarişə çevrilib” Azərbaycanda daha 248 nəfər COVİD-19-a yoluxub, 101 nəfər sağalıb, 2 nəfər vəfat edib   Karantin dövründə maskadan istifadə ilə bağlı tələbələrin pozulmasına görə cərimələr müəyyənləşib AZAL və “Buta Airways” aviabiletlərin dəyişdirilməsi və qaytarılması müddətini uzadıb
"102"yə zəng edənlər polisə dəvət olunmayacaq - ƏMR

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov cinayət və hadisələrlə bağlı məlumatlara baxılması işində operativliyin yüksəldilməsinə, xüsusən vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən daha bir əmr imzalayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, əmrə əsasən cinayətlər barədə "102" Xidmətinə məlumat verən şəxslər fakt üzrə ilkin ərizənin alınması üçün polisə dəvət olunmayacaq.

Bu qəbildən müraciətlərlə əlaqədar sənədləşdirmə onlar üçün rahat şəraitdə, yaşadıqları və ya olduqları ünvana gələn polis əməkdaşları tərəfindən aparılacaqdır.

Bütövlükdə insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması sahəsində daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam edir və müvafiq yeniliklər haqda ictimaiyyət mütəmadi məlumatlandırılacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio