Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu (AZINNEX) və Özbəkistan Respublikasının Prezidenti yanında Layihə İdarəetməsi üzrə Milli Agentlik yanında Elektron Hökumət Layihələrinin İdarəedilməsi və Rəqəmsal Hökumət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya bildiriblər ki, Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun İdarə Heyətinin sədri İlham Namazov və Elektron Hökumət Layihələrinin İdarəedilməsi və Rəqəmsal Hökumət Mərkəzinin direktoru Şahrəsul Şahazamiy tərəfindən imzalanmış memorandum çərçivəsində tərəflər elektron hökumət istiqamətində layihələr üzrə təcrübə mübadiləsini həyata keçirəcək, birgə forumlar, dəyirmi masalar təşkil edəcəklər.
AZINNEX-in nümayəndə heyəti, həmçinin Özbəkistanın Maliyyə Nazirliyində, Mərkəzi Bankda, Dövlət Vergi Komitəsində, Mirzo Ulugbek İnnovasiya Mərkəzində, Dövlət-Özəl Tərəfdaşlığının İnkişafı Agentliyində görüşlər keçirib və türkdilli dövlətlərdən olan sahibkarların iştirakı ilə keçirilən Türk Biznes və İnvestisiya Forumunda iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılmış Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşması, intellektual, innovativ və rəqabətqabiliyyətli potensialın formalaşdırılması istiqamətində fəaliyyət göstərir. Konsorsium informasiya kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri bir araya toplayaraq onların mənafelərinin qorumasını və beynəlxalq bazarda təmsil olunmasını, onların IT məhsullarının satışını həyata keçirir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!