USD - 1.7 EUR - 1.8412 RUB - 0.0268 TRY - 0.2808 DAHA ÇOX
SON DƏQİQƏ
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir Elxan Məmmədov: "AVRO-2020 ilə bağlı fan-zonalara giriş pulsuz olacaq" Çində təhsil alan daha 2 tələbə KTM-ə yerləşdirilib AMB-nin valyuta məzənnələri 
Külək və yağış XƏBƏRDARLIĞI

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 21-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında mülayim gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio