USD - 1.7 EUR - 1.9944 RUB - 2.1616 TRY - 0.0426 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
İsveçrə Dövlət Şurasının Prezidenti Jan Rene Furnierin Xəzər rayon Qadın Resurs Mərkəzinə səfəri baş tutdu

Bu gün BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi  Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi çərçivəsində İsveçrə Dövlət Şurasının Prezidenti Jan Rene Furnierin Xəzər rayon Qadın Resurs Mərkəzinə səfəri baş tutdu.   ASAN Radio bildirir ki, layihə İsveçrənin İnkişaf Əməkdaşlığının maliyyə dəstəyi ilə Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu tərəfindən birgə həyata keçirilir.   Tədbiri giriş sözü ilə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açaraq daha sonra tədbir iştirakçılarını salamlamaq üçün sözü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Isveçrə Dövlət Şurasının Prezidenti Jan Rene Furnier və BMTİP-in Azərbaycan ofisinin Rezident Nümayəndəsi Alessandro Frakasettiyə verdi. İsveçrə Konfederasiyasının Azərbaycanda səfiri xanım Muriel Peneveyre də tədbirdə çıxış edərək qadınların ictimai və iqtisadi həyatda fəal iştirakı üçün geniş imkanların yaradılmasının vacibliyinə toxundu. Daha sonra layihənin rəhbəri Gülarə Hümbətova çıxış edərək Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi çərçivəsində Azərbaycanda görülən işlər və əldə olunan nailiyyətlərdən danışdı. Səfər zamanı qonaqlar İsveçrə hökumətinin maliyyələşdirdiyi bu layihənin dəstəyi ilə sahibkarlıq fəaliyyətinə başlayan qadın sahibkarların istehsal etdiyi məhsullarını nümayiş etdirən stendləri ziyarət ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!