USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Toyota Caucasus” şirkəti daha bir sınaq yürüşü təşkil edib

Oktyabrın 15-də “Toyota Caucasus” şirkəti Gürcüstanın Kaxetiya regionunda jurnalistlər üçün daha bir sınaq yürüşü təşkil edilib. 

ASAN Radio da tədbirdə təmsil olunub.

Bu, Tayotanın jurnalistlər üçün  yeni modellərin təqdimatına həsr etdiyi ilk tədbiri deyil. Amma adətən bu cür sınaq yürüşləri Rustavidəki peşəkar motorparkda həyata keçirilir. Bu dəfə isə Toyota tədbirin formatını dəyişməklə, möhtəşəm günəşli payız günlərində avtomobillərin sınağını Gürcüstanın gözəl şərab regionuna səfərlə birləşdirib. 

Bu dəfə sınaq yürüyüşü üçün jurnalistlərə Toyota hibrid mühərrikli avtomovilləri təklif olunub. Media nümayəndələrinin Camry, Corolla və RAV4 avtomobillərinin hibrid üstünlüklərini magistral yolda sınaqdan keçirmək şansı olub.

Bu cür təcrübələrin məqsədi hibrid texnologiyasını sadə yollarda, sürətli magistral yollarında , digər avtomobilləri ötərkən , enişli-yoxuşlu yollarda və müxtəlif vəziyyətlərdə sınamaqdır.

Bizim regionda hibrid texnologiyası artıq yaxşı tanınır və bir çox sürücülər onları sınaqdan keçirib (onlar hibrid avtomobil modellərinin ekologiyaya zərərsiz olduğunu və yanacağa qənaətçil oluduğunu artıq bilir), amma müştərilərin hələ də bəzi sualları var ki, bu sınaq yürüşu o sualları cavablandırmağa kömək etdi.

Tur möhtəşəm Gombori dağ keçidində başlayıb. Jurnalistlər hibrid mühərrikli avtomobilləri götürərək Tsindaliyə tərəf yol alıblar. Yolun bu hissəsində media nümayəndələrinin yoxuşda avtomobilləri idarə etməklə, onların yanacaq sərf etməsini və eyni zamanda da batareyanın dolmasını yoxlamaq şansı oldu. Yaxşı məlumdur ki, ümumilikdə hibrid  mühərrikli avtomobilləri idarə etmək bir az fərqli sürücülük bacarıqları tələb edir. Daha yavaş tormozlama- batareyanın daha yaxşı dolması deməkdir. Toyota hibrid avtomobilləri özü enerji yığdığı və regenerativ əyəc texnologiyası ilə təchiz olunduğu üçün bu cür idarəetmə onların yanacaq sərfiyyatını daha səmərəli edir. Gomboridən Tsinandaliyə gedən yol bu prosesi başa düşmək üçün mükəmməldir. Yolun bu hissəsinin sonunda jurnalistlər yanacaq sərfiyyatını özləri yoxlayıblar. 

Yolun növbəti hissəsi Tsindalidən İkalto Monastrına qədər olan məsafəni əhatə edib.  Bu yol yoxuşlu olduğu üçün, jurnalistlər hibrid mühərrikli avtomobillərinin öz batareyasından əlavə güc almaq və lazım olanda güclü  dartma bacarıqlarını nümayiş etdirməsini  yoxlaya biliblər.

Növbəti avtomobil dəyişməsi və əlavə müsahibə çəkilişləri qədim və tarixi İlkato kompleksinin  pitstopunda mümkün olub.

Turun üçüncü hissəsi İlkato monstrından Aleverdi kompleksinə qədər olan məsafəni əhatə edib. Bu yol daha düz olduğundan media nümayəndələrinin hibrid mühərrikli avtomobillərin daha səssiz və rahat sürüldüyünü sınaqdan keçirmək və bu rahatlıq və əminlikdən zövq almaq imkanı olub. Toyota “Safety Sense ” təhlükəsizlik funksiyaları, xüsusi ilə də , hərəkət zolağının izlənməsinə nəzarət sistemi ilə  zolağı dəyişmək daha asan olub. Bu sistem sadəcə zolağı dəyişərkən xüsusi siqnal vasitəsi ilə sürücünü xəbərdar etmir, eyni zamanda,  qəfil zolağı pozma hallarında  ( dönmə işıqları yandırılmadıqda və dönmədən) avtomobili düzgün vəziyyətinə qaytarır.

Alaverdi kompleksindən sonra iştirakçılar Lapota döngəsinə doğru hərəkətə başlayıb. Yolun bu hissəsi hibrid mühərrikli avtomobil modellərinin təchiz olunduğü əlavə təhlükəsizlik funklsiyalarının sınağına həsr olunub. Adaptiv kruiz kontrol uzun yollarda sürücünü dəstəkləyən çox mühüm yardımçı funksiyasıdır. Bu funksiya qarşıdakı avtomobillə aradakı məsafəni tənzimləmək və onun qəfil əyləcə basdığında sizin avtomobili tam dayandırmağa imkanı verir. Beləliklə, səfər zamanı sürücünün əyləcə / sürəti artırması ümün pedala basmasına ehtiyyac qalmayacaq.  

Bu cür funksiyalar, yetərli qədər təsirli sınaq yürüşünün sonunda hibrid mühərrikli avtomobillərin rahat və dinc idarə olunmasını nümayiş etməklə, Toyoya hibrid mühərrikli avtomobillərə də güvən və ehtiram gətirəcək. 

Təqdimatda çıxış edən “Toyota Qafqaz” şirkətinin prezidenti Mitsuru Konişi (Mitsuru Konishi) bildirib ki, Toyota-nın dünyada pioner olduğu Hibrid texnologiyası Qlobal ətraf muhitin problemləri ilə bağlı mübarizədə daha da vacib hala gəlir: “Toyota-nın dünyada pioner olduğu Hibrid texnologiyası Qlobal ətraf muhitin problemləri ilə bağlı mübarizədə daha da vacib hala gəlir.Müştərilərimizlə birlikdə planet qarşısında zərərli tullantıların azaldılması yönəlik məsulliyyəti paylaşdığımıza görə çox məmnunuq.

Ümumi olaraq  Yeni Toyota Qlobal Arxitekturası əsasında istehsal olunan və Toyota Aktiv Təhlükəsizlik sistemləri ilə təchiz olunan bir sıra Toyota Hibrid avtomobillərinə sahib olaraq biz müştərilərimizə daha məsuliyyətli, daha əmin və daha əyləncəli sürüş imkanı təqdim edirik.”

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!