Oktyabrın 30-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan violonçel məktəbinin görkəmli nümayəndələri” silsiləsindən Xalq artisti, professor Rasim Abdullayevin yaradıcılıq gecəsi keçiriləcək. XX əsrin ən dahi violonçele ifaçılarından biri sayılan həmyerlimiz Mstislav Rostropoviç və Rasim Abdullayevin yaradıcılıq əlaqələri Azərbaycan violonçel məktəbində məxsusi yer tutur.
Qeyd edək ki, gecədə ifaçılar Ülviyyə Abdullayeva, Anastasiya Mişula, Aleksey Mitlıx, Səidə Tağızadə, Eyyub Əliyev, Əli Xəlilov, Orxan Hüseynov , Erol Rzayev öz ifaları ilə səbəbkarı təbrik edəcəklər.
Biletləri şəhərin kassalarından, İtiket.az və Asan xidmət mərkəzlərindən əldə etmək olar. Tədbirin informasiya dəstəyi Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı və Asan Radiodur.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!