USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan XİN erməni nazirə cavab verib

"Əslində, Ermənistan xarici işlər naziri yeni heç bir fikir söyləməyib". 

ASAN Radionun xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın İsveçin Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

"Beynəlxalq səviyyədə işğalçı kimi tanınan bir ölkə rəsmisinin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsindəki ərazilərini, guya, özünün işğal etməsi barədə eyni əsassız iddiaları - məsələnin beynəlxalq hüquqi tərəfini bir kənara qoyaq - bu, heç normal düşüncə çərçivəsinə belə sığmır. Təsəvvür edin ki, bir ölkə qanunsuz şəkildə digər ölkənin ərazilərini işğal edir, bu ərazilərdə tarixən yaşayan yerli azərbaycanlıları etnik təmizləməyə məruz qoyur, sonra da iddia edir ki, “bu ərazilərdə yaşayan 150 000 erməninin təhlükəsizlik problemi var”. Bu ermənilərin ailələri, evləri, adları olduğunu səsləndirən erməni naziri, görəsən, öz ölkəsinin təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının evlərindən məhrum olduğunu, ailələrinin param-parça olduğunu, adlarının məcburi köçkün və qaçqına çevrildiyini heç düşünübmü? Əlbəttə, yox, əgər düşünsəydi, bu kimi cəfəng fikirlərlə özünü və xalqını aldatmazdı və münaqişənin həlli istiqamətində real addımlar atılardı. Mnatsakanyan anlamalıdır ki, onun dediyi kimi bizim və ya sizin həqiqət olmur; həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir. Sadəcə, mövcud həqiqətləri saxtalaşdıraraq onu öz maraqları naminə müxtəlif şəkillərdə təqdim etmək təcrübəsi də mövcuddur ki, bunu da ən yaxşı Ermənistan bacarır", - XİN rəsmisi vurğulayıb. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!