USD - 1.7 EUR - 1.8991 RUB - 0.0271 TRY - 0.294 DAHA ÇOX
SON DƏQİQƏ
İstirahət günlərində gözlənilən hava proqnozu Azərbaycan XİN ABŞ Senatının qətnaməsini qərəzli və hüquqi əsası olmayan sənəd hesab edir Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb Bu il Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,5-1,7 km irəli çəkilib "ASAN xidmət" növbəti sosial rubrikaya start verib - Video
Albert Aqarunovun heykəlinin açılışı oldu

Bu gün Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin açılışı olub.

APA-nın xəbərinə görə, açılış mərasimində Azərbaycan Müdafiə nazirinin müavini Kərim Vəliyev, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, Albert Aqarunovun ailə üzvləri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

Albert Aqarunovun heykəli Bakının Nərimanov rayonu ərazisində, Milli Qəhrəmanın adını daşıyan küçədə ucaldılıb. Albert Aqarunovun heykəlinin müəllifləri heykəltəraşlar Rahib Qarayev və Zamik Rzayevdir.

 

Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində anadan olub. O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio