USD - 1.7 EUR - 1.8991 RUB - 0.0271 TRY - 0.294 DAHA ÇOX
SON DƏQİQƏ
İstirahət günlərində gözlənilən hava proqnozu Azərbaycan XİN ABŞ Senatının qətnaməsini qərəzli və hüquqi əsası olmayan sənəd hesab edir Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb Bu il Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,5-1,7 km irəli çəkilib "ASAN xidmət" növbəti sosial rubrikaya start verib - Video
Su polisi Şəmkir və Lənkəranda əməliyyat keçirib - Video

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu tədbir zamanı kustar üsulla, yəni gərginlik artıran cihazla qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

İdarənin məlumatına görə, ekoliji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat nəticəsində Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Polis bölməsinin əməkdaşları tərəfindən Şəmkir rayonu Kür çayı əraisində gərginlik artıran cihazdan istifadə edərək qanunsuz balıq ovu ilə məşğul olan Eldəniz Nəbiyev Bəhram oğlu hadisə yerində yaxalanıb. Yoxlama zamanı ondan gərginlik artıran cihaz və bir ədəd rezin qayıq götürülərək su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.  

E.Nəbiyev tutduğu əməldən peşiman olduğunu bildirib. Onunla aparılan profilaktiki söhbətlər zamanı balıq ovu ilə məşğul olmağın qanuni yolları izah edilib.

Su Nəqliyyatında Polis İdarəsinin apardığı növbəti əməliyyat zamanı Lənkəran ərazisində qırmızı kitaba düşmüş ördək quşlarının ovlanması ilə məşğul olan Masallı rayonunun Öncəqala kənd sakini Şirəliyev Nizami adlı şəxs saxlanılıb. Sənədi olmadan qanunsuz şəkildə ovçuluqla məşğul olan N.Şirəliyev Lənkəran Su Polis Şöbəsinin əməkdaşlarının xidməti ərazilərində olan Qızılağac Dövlət Qoruq ərazisində ələ keçib. 

Saxlanılan şəxs qırmızı kitaba düşmüş quşları qanunsuz silahla ovladığını etiraf edərək bir daha bunu təkrarlamayacağını bildirib. 

İdarənin məlumatında o da qeyd edilib ki, Su Polisi tərəfindən ölkə ərazisində ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, yararsız qida məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti əməliyyatlar davam etdirilir. Reydlər əsasən antisanitar qaydada balıqların hisə verildiyi məkanları aşkar etmək, eləcə də balıqların elektrik naqili ilə kütləvi məhv edilməsinin qarşısnın alınması, qanunsuz körpülərin salınması, eləcə də qanunsuz şəkildə saxta qara kürülərin satışının təşkili, göllərdə süni şəkildə dərmanlarla qidalandırılaraq böyüdülən balıqların bazarlarda satışının, restoran və kafelərdə istifadəsinin qarşısının alınması üzrə gücləndirilmiş rejimdə reydlər aparılır.

Bu reydlərə eləcə də balıqların süni və antisanitar şəraitdə saxlanılması üçün yaradılan qanunsuz göllər və vətəgələr, su hövzələri də daxildir.

Su Nəqliyyatında Polis İdarəsi bununla yanaşı, dəniz kənarında yerləşən restoranlardan dənizə çirkli suların axıdılması, dəniz qumunun və balıqqulaqlarının oğurlanması faktları ilə də mübarizə aparır.

İdarədən verilən məlumatda o da qeyd olunur ki, qanunsuz ov alətlərindən istifadə ilə bağlı, eləcə də sadalanan digər qanun pozuntuları ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək. Qanunu pozanlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəza və cərimələr tətbiq ediləcək. Su Nəqliyyatında Polis İdarəsi əhalini qanunlara riayət etməyə səsləyir.

Qeyd edək ki, reydlər davamlı olaraq həyata keçiriləcək.

Onu da qeyd edək ki, Qızılağac Dövlət Qoruğu, Abşeron Dövlət Qoruğu, Ağgöl Dövlət Qoruğu və Sarısu Ovçuluq Təsərrüfatı, eləcə də Şərbətgöl, Mahmutçala, Qırmızıçala, Yaşma, Giləzi, Varvara Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisində yerləşən dövlət qoruqları və ovçuluq təsərrüfatlarıdır. Sadalanan ərazilərdə il ərzində vaxtaşırı proflaktik tədbirlər keçirilir və ovçulardan ov qaydalarına riayət olunması barədə söhbətlər aparılır. 

Əlavə edək ki, Su Nəqliyyatında Polis İdarəsinin rəsmi instagram səhifəsindən - @su_npi görülən işlər barədə operativ məlumat əldə edə bilərsiniz.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio