USD - 1.7 EUR - 2.0035 RUB - 2.1707 TRY - 0.0427 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Prezident İlham Əliyev İranın Rabitə və İnformasiya Texnologiyaları nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radio xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Xoş gəlmisiniz. Sizi yenidən görməyə şadam. Şadam ki, İran sərgidə yüksək səviyyədə - nazir səviyyəsində iştirak edir. Keçən dəfə də sərgi günlərində sizinlə görüşmüşəm. Əminəm ki, bütün sahələrdə olduğu kimi, rəhbərlik etdiyiniz sahədə də əməkdaşlığımızın gələcəyi çox yaxşı olacaq.

Bildiyiniz kimi, oktyabrın sonunda Prezident Ruhani ilə mənim görüşüm olub. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Son bir neçə il ərzində 10-dan çox görüş oldu. Onların hamısı da çox məhsuldar idi. Bir çox məsələlər öz həllini tapdı. Şadam ki, əldə edilmiş razılaşmalar həyatda öz əksini tapır.

Bu gün bizim Baş Nazirin müavini Şahin Mustafayev İranda səfərdədir və gələcək əməkdaşlıq haqqında danışıqlar aparacaq. Əlbəttə, baxmayaraq ki, bir çox məsələlər artıq reallaşıb, yenə də həllini gözləyən məsələlər var. Əminəm ki, onlar da öz həllini tapacaq. Son illərdə, xüsusilə nəqliyyat, energetika, ticarət sahələrində çox yaxşı nəticələr əldə etdik. Eyni zamanda, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu da tarixi nailiyyətdir. Bir sözlə, ikitərəfli gündəlik kifayət qədər genişdir. Bu il ikitərəfli əlaqələr üçün çox məhsuldar il olmuşdur. Əminəm ki, 2020-ci il də əməkdaşlıq üçün uğurlu olacaq. Bir daha xoş gəlmisiniz.

x x x

İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Nazir Məhəmməd Cavad Azəri CƏHROMİ dedi:

- Allahın adı ilə. Mən çox şadam ki, bu il yenidən bu sərgi çərçivəsində, Azərbaycana səfərim çərçivəsində Sizinlə görüşürəm. Bizə vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Bu günlərdə bizim ölkədə büdcə müzakirələri gedir. Mən səhər-axşam büdcə müzakirələrində, iclaslarda iştirak edirəm. Dünən axşam cənab Prezident doktor Ruhani ilə danışırdım. Ona dedim ki, mən Azərbaycana səfər edirəm və Sizə xüsusi salamlarını çatdırdı. Cənab Şahin Mustafayev ilə də biz dünən axşam aeroportda görüşdük və on dəqiqəlik söhbətləşdik, müzakirələr apardıq.

x x x

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!