USD - 1.7 EUR - 2.0035 RUB - 2.1707 TRY - 0.0427 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
“ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM – W” çərçivəsində Şəkidə təlimlər

“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM – W” (ASAN Improvement Model for Women) çərçivəsində Şəkidə təşkil olunan işgüzar inkişaf təlimləri başa çatıb.

Heydər Əliyev mərkəzində keçirilən bağlanış mərasimində təlimlərdə iştirak edən 230 iştirakçıya sertifikat və xatirə hədiyyələri təqdim olunub.

Bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli, Şəki regional “ASAN xidmət” mərkəzinin direktoru Arzu Qocayev, Azərbaycan Dövlət Pedaqoji Universtitetinin Şəki filialının direktoru, dos. Rafiq Rəsulov, beynəlxalq təlimçi-ekspertlər Prof. Dr. Bülent Himmetoğlu, Dr. İşıl Keskin Şahan və Dr. Soner Şahan da iştirak ediblər. 

2019-cu il 26 noyabr – 1 dekabr tarixlərində Şəki rayonunda təşkil olunan bu layihədə iştirakçılara beynəlxalq təlimçi-ekspertlər tərəfindən sahibkarlıq fəaliyyəti və karyera inkişfaı üzrə müvafiq təlim modulları keçirilib, “Şəki üzrə turizm imkanları” mövzusunda seminar (workshop) təşkil olunub, iştirakçıların ideyaları dinlənilib, müvafiq dəstək formaları müzakirə olunub. Eyni zamanda iştirakçılara “ABAD” publik hüquqi şəxsin baş marketoloqu Nərmin Məmmədli tərəfindən “ABAD” mərkəzlərinin fəaliyyəti, ailə əməyinə əsaslanan təsərrüfatlara təqdim etdiyi xidmətlər, yaradılmış brendlər haqqında məlumatlandırıcı görüş baş tutub.

Qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir.

Layihə çərçivəsində bundan əvvəl Mingəçevirdə və Qubada təlimlər baş tutub. Layihə Şəki ilə yanaşı, Gəncə, Qəbələ və Sumqayıt iqtisadi zonalarını da əhatə edəcək. 

Qeyd edək ki, Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!