USD - 1.7 EUR - 1.8991 RUB - 0.0271 TRY - 0.294 DAHA ÇOX
SON DƏQİQƏ
İstirahət günlərində gözlənilən hava proqnozu Azərbaycan XİN ABŞ Senatının qətnaməsini qərəzli və hüquqi əsası olmayan sənəd hesab edir Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb Bu il Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,5-1,7 km irəli çəkilib "ASAN xidmət" növbəti sosial rubrikaya start verib - Video
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun növbəti kitabı İtaliyada işıq üzü görüb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türkdilli xalqların zəngin mədəni irsinin dünyada nümayişi və təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir.

ASAN Radio xəbər verir ki, bu çərçivədə Fondun dəstəyi ilə növbəti kitab İtaliyada işıq üzü görüb.

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq nəinki ölkəmizdə, həm də dünyanın bir çox yerlərində silsilə tədbirlər və təqdimatlar keçirilir, kitablar çap edilir və şairin yaradıcılığına yenidən nəzər salınır. Türk xalqlarının bir-birinə yaxınlaşması və onların ortaq mədəniyyətinin təbliği missiyasını üzərinə götürən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşrini də yubileyə töhfə adlandırmaq olar. Belə ki, Fondun İtaliyanın “Sandro Teti” nəşriyyat evi ilə əməkdaşlığı çərçivəsində “Nəsimi poeziyası” kitabı italyan dilində çap olunub. Kitaba şairin 100-dən çox qəzəli və rübaisi daxil edilib.

Nəşr, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Nəsimi - əbədiyyət üfüqündə sevgi günəşi” “Ön söz”ü ilə açılır. Şerləri italyan dilinə tərcümə edən türkoloq alim Marilena Reanın “Nəsimi işığı” adlı məqaləsi də nəşrdə yer alır.

Azərbaycan poeziyasının ən önəmli şəxsiyyətlərindən olan İmadəddin Nəsiminin əsərlər toplusu, Türk Dünyasının zəngin mədəni irsinin təbliği ilə yanaşı, italyan oxucusunun dahi şairin yaradıcılığı ilə daha yaxından tanış olmasına imkan yaradır. Kitabın təqdimatının bu ay ərzində İtaliyanın müxtəlif şəhərlərində keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu nəşr Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun İtaliyada çapdan çıxan ikinci kitabdır. Belə ki, keçən il Fondun, “Sandro Teti” nəşriyyat evi ilə birgə “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı buraxılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio