USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib

Dekabrın 5-də “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Forum çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub.

ASAN Radio xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi və Azərbaycanda könüllülük hərəkatının inkişaf mərhələlərini əks etdirən videoçarxın nümayişi ilə başlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyətini diqqətə çatdırıb, müxtəlif dövlət qurumlarında könüllülər hərəkatının genişləndirilməsinin rolundan danışıblar. Məlumat verilib ki, Azərbaycan Könüllülük Həftəsi çərçivəsində könüllülər tərəfindən 17 şəhər və rayonda 147 şəhid ailəsi ziyarət edilib, 7 şəhər və rayonda 19 uşaq evi, internat məktəbləri və ahıllar evində sosial işlər təşkil edilib, 10 şəhər və rayonda kütləvi ekoloji aksiyalar keçirilib. Ümumilikdə, tədbirlərdə 10 mindən çox gənc könüllü iştirak edib.

Forum könüllülər təşkilatları və hərəkatlarının təmsilçilərinin “TEDx” formatında çıxışları və il ərzində fəallıq nümayiş etdirmiş könüllülərin mükafatlandırılması, həmçinin beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə edən istedadlı gənclərin təqdimatında musiqi nömrələri ilə davam etdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!