USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Britaniyanın bir çox mükafatlara layiq görülmüş #Selector radio şousu geri qayıdır!

#SelectorRadio 14 dekabr 2019-cu il tarixindən başlayaraq ayda iki dəfə şənbə günləri saat 21:00-da ASAN Radio 100FM-də yenidən yayımlanacaq. Selector yeni mövsümdə nəinki Britaniya istehsalı eləcə də dünya musiqisinin müxtəlif yeni işıq üzü görən ifalarını təqdim edəcək.  Verilişin aparıcısı DJ BAZAURdur.

Dünyada 30-dan çox ölkədə yayımlanan Selector müxtəlif musiqi üslublarını : caz, soul, hiphop, indi ("independent" (müstəqil) sözündən götürülüb), elektronika, qrim və bir çox digər musiqi tərzlərini bir araya gətirəcək, Birləşmiş Krallığın Bristol, Belfast, Kardiff və Qlazqo kimi şəhərlərinə virtual səyahətə aparacaq.

Şounu sosial şəbəkələrdə #selectorradio heşteqi ilə izləyə bilərsiz.

Daha çox məlumat üçün baxın: https://www.britishcouncil.az/en/programmes/arts/selector

https://music.britishcouncil.org/selector-radio

DJ Bazaur – (əsl adı Zaur Baxşiyev) musiqiyə 1999-cu ildən hip-hop ilə başlayıb. 2002-ci ildən DJ/Producing sahəsi ilə maraqlanıb və ilk beat-lərini də o vaxtdan yazmağa başlayıb. Daha sonra elektron musiqiyə yönəlib. Musiqiyə olan həvəs onu 2005-ci ildə radioya gətirib çıxarıb.  İndiyə qədər radio sahəsində çalışır. Radioda müəllifi olduğu müxtəlif musiqi proqramları yayımlanıb. Britaniya şurasının 2017-ci ildən ASAN Radioda yayımlanan Selector radio şousunun aparıcısıdır. Müxtəlif səhnələrdə, konsertlərdə, musiqi festivallarında çıxışları olur. Özünə məxsus trackləri, remixləri var. Müxtəlif üslublarda yazaraq özünü fərqli janrlarda sınayır.

ASAN Radio haqqında :

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ASAN Radio ilk yayımına 2015-ci il dekabr ayının 24-də başlamışdır. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir, mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. ASAN Radio həm də bir sıra irimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. Ətraflı məlumat üçün : http://www.asanradio.az/

Əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın:

Dilarə İbrahimova│İncəsənət üzrə menecer | British Council Azərbaycan

[email protected] | T +994 (0) 12 497 1593

British Council haqqında məlumat

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradırıq. Biz bunu Birləşmiş Krallığa və birgə çalışdığımız ölkələrə müsbət töhfələr verərək - imkanlar yaratmaqla insanların həyatını dəyişərək, əlaqələr quraraq və inam yaradaraq edirik. Biz dünyanın 100-dən çox ölkəsi ilə mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş  cəmiyyətinin qurulması sahəsində əməkdaşlıq edirik. Keçən il 80 milyondan çox insana üz-üzə və ümumilikdə 791 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsimizi çatdırmışıq. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumuyuq.

www.britishcouncil.az

British Council Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatıdır. Qeydiyyatdan keçmiş xeyriyyə təşkilatı: 209131 (İngiltərə və Uels), SC037733 (Şotlandiya).

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!