USD - 1.7 EUR - 1.8738 RUB - 0.027 TRY - 0.286 DAHA ÇOX
SON DƏQİQƏ
Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb AQTA koronavirusla bağlı Çindən bir sıra məhsulların idxalına qadağa qoyub Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb - RƏSMİ AŞPA-da 20 Yanvarın 30-cu ildönümü ilə bağlı tədbir keçirilib Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verib, hökumət müşavirə keçirib
“Yaşamaq Gözəldir” layihəsinin icrası yekunlaşıb

Azərbaycan Respublikası Gənclər Fondunun 12-ci qrant müsabiqəsinin qaliblərindən biri olan “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən icra olunan “Yaşamaq Gözəldir” layihəsinin icrası yekunlaşıb. 

ASAN Radionun xəbərinə görə, dörd ay davam edən layihənin əsas məqsədi regionlarda yeniyetmə və gənclərin intihar hallarının qarşısının alınması məqsədilə məktəb psixoloqlarının maarifləndirilməsi və onların köməkliyi ilə həmin regionlarda profilaktik işlərin təşkil edilməsi olub.

Layihə çərçivəsində 5 regionda - Sabirabad, Quba, Bərdə, Masallı və Qəbələdə təlimlər keçirilib. Təlimlərdə iştirak edən psixoloqlar yeniyetmə və gənclərin intiharlarının qarşısının alınması üçün faydalı məlumatlar əldə ediblər. 

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin də tərəfdaş olduğu layihədə ümumilikdə 125 məktəb psixoloqu iştirak edib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio