USD - 1.7 EUR - 1.8738 RUB - 0.027 TRY - 0.286 DAHA ÇOX
SON DƏQİQƏ
Səhiyyə Nazirliyi əhalini Çin restoranlarına getməkdən çəkinməyə çağırıb AQTA koronavirusla bağlı Çindən bir sıra məhsulların idxalına qadağa qoyub Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb - RƏSMİ AŞPA-da 20 Yanvarın 30-cu ildönümü ilə bağlı tədbir keçirilib Prezident İlham Əliyev koronavirusla bağlı tapşırıq verib, hökumət müşavirə keçirib
BQXK nümayəndələri Dilqəm və Şahbaza baş çəkib

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkiblər.

Bu barədə ASAN Radioya BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Onun sözlərinə görə, BQXK-nin nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə ötən ilin dekabr ayında baş çəkiblər:

"Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio