USD - 1.7 EUR - 1.9854 RUB - 0.0223 TRY - 0.2218 DAHA ÇOX
SON DƏQİQƏ
XİN nazirlərin görüşünün təfərrüatını açıqladı Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib Sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb “Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir” - XİN rəhbəri Putinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb
Zelenski İranda qəzaya uğrayan Ukrayna təyyarəsinə raketin dəyməsi versiyasını istisna etmir  

"Ukraynanın İranda qəzaya uğrayan sərnişin təyyarəsinə raketin dəydiyinə dair versiya istisna olunmur, lakin bu, hələlik təsdiqlənməyib".

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

V. Zelenski bəzi ölkələrin liderlərinin KİV-də bəyanatlarının yayıldığını nəzərə alaraq, qeyd edib ki, Kiyev bütün beynəlxalq tərəfdaşlarını, ilk növbədə isə ABŞ, Kanada və Böyük Britaniyanı qəza ilə bağlı məlumat və sübutları hadisəni araşdıran komissiyaya təqdim etməyə çağırır.

V. Zelenski əlavə edib ki, Ukrayna rəsmiləri və mütəxəssislərinin daxil olduğu komissiya İranda işini davam etdirir.

“Gözləyirik ki, obyektiv araşdırma üçün zəruri olan bütün informasiyalar bizim nümayəndələrə təqdim olunacaq. Biz nümayəndələrimizlə daim təmasdayıq”, - deyə Ukrayna Prezidenti vurğulayıb.  

Qeyd edək ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

İran tərəfi ilkin versiya kimi qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini bildirsə də, ABŞ, Kanada və Böyük Britaniya rəsmiləri açıqlamalarında təyyarənin İran tərəfindən yanlışlıqla atılmış raketlə vurulduğunu iddia edirlər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio