Heydər Əliyev Fondu anadangəlmə bullyoz epidermoliz diaqnozu ilə dövlət qeydiyyatında olan 18 yaşınadək şəxsləri dərman preparatları ilə təmin edib.
Trend-in məlumatına görə, Fondun əməkdaşları Bakı, Ağsu, Ağdam, Astara, Biləsuvar, Xızı, İmişli, Qazax, Laçın, Masallı, Sabirabad və Şamaxıda olaraq bir il ərzində istifadə edilməsi nəzərdə tutulan 42 adda dərman preparatını, eyni zamanda həkimin fərdi qaydada yazdığı resept və tövsiyə məktubunu müvafiq ailələrə çatdırıb.
Xatırladaq ki, səhiyyə və sosial sahələrdə fəaliyyət Heydər Əliyev Fondunun prioritet istiqamətlərindəndir. Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Fond eyni zamanda “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, ürək qüsurlu uşaqların əməliyyatına dəstək, “Koxlear implantasiya” kimi layihələr həyata keçirir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!