21-24 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edib.
Qurumdan ASAN Radioya verilən məlumata görə, Dövlət Agentliyinin ikinci dəfə təmsil olunduğu Dünya İqtisadi Forumuna bu il 117 ölkədən 3000 iştirakçı qatılıb. Forumda Dövlət Agentliyini Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov, “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə və EHİM-in departament rəhbəri Soltan Bayramov təmsil ediblər.
Dövlət Agentliyinin nümayəndə heyəti “Dünyanın rifahı naminə innovasiyaların inteqrasiyası” mövzusunda 2-ci illik Ekosistem Toplantısına qatılıb. Forum çərçivəsində keçirilən görüşlərdə “ASAN xidmət”, “myGov”, “ASAN Viza”, “e-satınalma”, “e-agro”, “INNOLAND” və digər layihələr təqdim olunub. Həmçinin müasir texnologiyaların tətbiqi, innovasiyalar və startaplara dəstək sahəsində təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi, Azərbaycanın qeyd olunan layihələrinin digər ölkələrdə tətbiqi ilə bağlı əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycanın rəqəmsal hökumət sahəsində gördüyü işlər, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında süni intellektin və digər innovativ həllərin tətbiqi haqqında da Forum iştirakçılarına məlumat verilib. Artıq 50 ildir ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun bu ilki illik toplantısı yubiley toplantısı olaraq yadda qalıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!