USD - 1.7 EUR - 2.0142 RUB - 0.0227 TRY - 0.2251 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda son sutkada 148 nəfər COVID-19-a yoluxub, 177 nəfər sağalıb, 2 nəfər vəfat edib Prezident İlham Əliyev: “Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi” “Xəzəri qoruyaq” təmizlik aksiyaları keçirilib Prezident: Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi Prezident İlham Əliyev: Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və uzun illər belə olacaq
Nazir: "Bakı prosesi müxtəlif formalarda öz işini davam etdirir"

"Prezident İlham Əliyev tərəfindən təsis olunan Bakı prosesi müxtəlif formalarda öz işini davam etdirir".

ASAN Radionun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. O, "Moskva-Bakı: mədəniyyətlər dialoqu" konfransının əhəmiyyətindən bəhs edərək bildirib ki, tədbir məhz bu ilin əvvəlindən planlaşdırılıb: "Bilirsiniz ki, bizdə bu il növbəti humanitar forum keçiriləcək. Foruma hazırlıq məqsədi ilə və regiondakı yaradıcı insanlara daha yaxın olmaq üçün bu layihə ilk dəfə olaraq iki paytaxt arasında həyata keçirilir". Nazir Rusiyadan 150 nəfərə yaxın nüfuzlu nümayəndənin konfransda iştirak etdiyini vurğulayıb: "Azərbaycan tərəfi də çox nüfuzlu insanlarla təmsil olunub. Hesab edirəm ki, bugünkü və 3 gün ərzində keçiriləcək digər tədbirlər Azərbaycanla Rusiya arasında əlaqələrin genişləndirilməsinə və humanitar forum çərçivəsində müzakirə olunacaq məsələlərin bünövrəsinin qoyulmasına xidmət edəcək. Eyni zamanda çox böyük mədəni proqram tərtib olunub. Qonaqlar Azərbaycanın bir sıra muzeylərini ziyarət ediblər".

Ə. Qarayev hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə kitabxanaçılardan ibarət böyük bir nümayəndə heyətinin Azərbaycana təşrif gətirdiyini diqqətə çatdırıb: "Onlar bizim milli və digər kitabxanalarımızda görüşlər keçiriblər. Hesab edirəm ki, bu cür münasibətlər sözün əsl mənasında məfəniyyətlərarası dialoq, təcrübə mübadiləsi deməkdir. Biz bu görüşlərdən müxtəlif sahələrin inkişafında böyük töhfə gözləyirik".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio