USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN xidmət”in fəaliyyətinə dair hesabat təqdim olunub

28 yanvar 2020-ci il tarixində Elektron Hökumətin İnkişafı Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “ASAN xidmət”in 2019-cu ildəki fəaliyyətinə dair hesabat xarakterli mətbuat konfransı keçirilib.

ASAN Radio xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev təqdimatla çıxış edərək Dövlət Agentliyinin tabeliyində olan qurumlar üzrə xidmətlərə, o cümlədən “ASAN xidmət”ə 2019-cu ildə daxil olan müraciətlərin bölgüsünə, ictimai rəyin nəticələrinə dair statistik göstəricilər barədə məlumat verib.

 

2019-cu il ərzində elektron hökumət quruculuğu, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, innovasiyaların tətbiqi və startaplara dəstək istiqamətində həyata keçirilən tədbirlər də diqqətə çatdırılıb.

 

Dövlət Agentliyinin sədri, eyni zamanda müvafiq dövr ərzində icra olunmuş müxtəlif sosial layihələr və beynəlxalq əməkdaşlıq, “ABAD” və ASAN könüllülərinin fəaliyyəti sahəsində görülmüş işləri qeyd edib.

 

Tədbirdə, həmçinin fəaliyyətə başlayacaq yeni mərkəzlərə, elektron xidmətlərə, idarəetmə sistemlərinin təkmilləşdirilməsinə dair gələcək planlar barədə məlumat verilib.

 

Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!