USD - 1.7 EUR - 1.8427 RUB - 0.022 TRY - 0.2563 DAHA ÇOX
SON DƏQİQƏ
SMS müraciət sisteminə dair tələb və tövsiyələr DYP: 19 min 759 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb 63 COVID-19 infeksiyasına yoluxma faktı qeydə alınıb ADA Universiteti tələbələrin təhsilini onlayn rejimdə davam edir İcazəsiz hərəkət edən şəxslər müəyyən olunaraq, barələrində tədbirlər görülür 
Sabahın hava proqnozu açıqlandı

29 yanvarda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin ASAN Radioya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 29-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 29-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

 

Yanvarın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio