USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AŞPA-da 20 Yanvarın 30-cu ildönümü ilə bağlı tədbir keçirilib

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “20 Yanvar faciəsinin 30-cu ildönümü - müstəqil Azərbaycan xalqının yenidən dirçəlişi” adlı panel keçirilib.

APA-nın Avropa bürosunun xəbərinə görə, tədbir Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Esmira Cəfərova, Fransada yaşayan Azərbaycan diaspor nümayəndələri və xarici diplomatlar iştirak ediblər.

 

İlk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra 20 Yanvar hadisələrini özündə əks etdirən foto çarx nümayiş etdirilib.

S. Seyidov günahsız insanların qətlə yetirildiyi hadisələr haqda məlumat verib. Onun sözlərinə görə, hazırkı stabillik və qazanılan bütün nailiyyətlər azadlıq uğrunda mübarizədən başlayıb.

Tədbirdə qeyd olunub ki, sovet qoşunlarının törətdiyi qırğınlar insanların müstəqillik arzusunu boğmaq üçün edilib, ancaq Sovet İttifaqı rəhbərliyi öz niyyətinə çata bilməyib, əksinə insanların azadlıq istəyi daha da güclənib.

O da bildirilib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın müstəqilliyinin bərpasında dönüş nöqtəsi olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!