USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb - RƏSMİ

“Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitdir”. 

APA xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, aparılan tədbirlər nəticəsində hələ ki, Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb: "Səhiyyə Nazirliyi və  Gömrük Komitəsi arasında çox sıx əlaqə yaradılıb. Birgə işlər aparılır, gündəlik məlumatlar verilir. Hələ ki, bu günə şübhəli xəstə aşkar olunmayıb. Buna baxmayaraq, sərhəd-keçid məntəqələrində termivizorlar tərəfindən bir qədər temperaturu olan xəstələr aşkar olunarsa, onlar barədə Səhiyyə Nazirliyinin Karantin Xidməti, eyni zamanda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar  veriləcək.  Həmin şəxslər üzərində inkubasiya dövrü, yəni  14 günə qədər müddətdə tibb müəssisələri tərəfindən nəzarət, müşahidə işi aparılacaq”. 

A.Əliyeva qeyd edib ki, həm məktəblərdə, həm də məktəbəqədər müəssisələrdə müşahidələrin artırılması lazımdır: “Kimdəsə yüksək temperatur müşahidə olunarsa, həmin şəxslərin təcrid edilməsi və bu barədə ərazi Gigiyena Epidemiologiya mərkəzlərinə, oradan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə  və  Səhiyyə Nazirliyinə müraciət edilməlidir. Şübhəli hal olarsa, analizlər toplanmalı, hardan gəldiyi, Çinlə əlaqəsinin olub-olmaması, hər hansı xəstə ilə təması araşdırılmalıdır. Qrip xəstəliyinə görə yaxmalar götürülür. Hələ ki, ağır gedişli respiratur virus infeksiyalı, qripəbənzər xəstələrdən yaxma götürülür. Lazımı miqdarda aplikatorlar paylanılıb. Tək-tək hallarda mövsümi qrip halları aşkarlanır. Respirator virus infeksiyaları adi qaydada var, böyük artım yoxdur. Bunlar mövsümi qaydada qeydə alınır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!