USD - 1.7 EUR - 1.9216 RUB - 2.0775 TRY - 0.0441 DAHA ÇOX
YENİLİKLƏR
Ötən həftə daha #ASAN oldu - 17-23 fevral 2025 “ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "QəbuldASAN"da             0:41 / 22:02             Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov "QəbuldASAN"da sualları cavablandırıb “YAŞAT" Fondu tərəfindən 4 il ərzində 86 milyon 762 min manatdan çox vəsait xərclənib
“Məşğulluq” altsistemi vasitəsilə vətəndaşlar müvafiq vakansiyalar üzrə iş tapa bilirlər

Çox vaxt vətəndaşlar peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkirlər. Həmin problemlə daha çox gənclər üzləşirlər. Prezident İlham Əliyevin 2018-ci il 5 sentyabr tarixli müvafiq Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi vasitəsilə vətəndaşlar müvafiq vakansiyalar üzrə iş tapa bilərlər. Altsistem vakansiyalar, habelə işsiz və işaxtaranlara dair real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malik olmaqla, məşğulluq xidmətləri barədə məlumatlara real vaxt rejimində çıxış və onlardan istifadə imkanı yaradır. Altsistemdə vakansiyalar, işsiz və işaxtaranlara dair məlumatlar yer alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı AZƏRTAC-a deyib: ”Qeydiyyatdan keçmək üçün vətəndaş “e-sosial” və yaxud “e.gov.az” portalından istifadə etməlidir. Burada “ASAN imza” və yaxud elektron imzadan istifadə etməklə altsistemə daxil ola və şəxsiyyət vəsiqəsindəki fin kodu yazmaqla özünə şəxsi kabinet formalaşdıra bilər. Bundan sonra vətəndaşın bütün məlumatları həmin kabinetdə öz əksini tapacaq. İşsiz və işaxtaran vətəndaş “Məşğulluq” altsistemində yaradılan “vakansiya bankı”nda boş iş yerlərinin siyahısı ilə tanış ola bilər. Həmin vakansiyalar işəgötürülənlər tərəfindən daim yenilənir”.

Onun dediyinə görə, vakansiyalar müxtəlif peşə və ixtisaslar üzrə kateqoriyalara bölünür. Beş iş günü müddətində vətəndaşa işə götürülüb-götürülməyəcəyi barədə əsaslandırılmış şəkildə bildiriş göndərilir. Hər gün təqribən 17-18 min vakansiya olur. Bununla yanaşı işsiz və işaxtaran vətəndaşlar Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına müraciət etməklə də mövcud vakansiyalarla tanış ola bilərlər.

“Məşğulluq” altsistemi işəgötürənlərə bir sıra üstünlüklər və seçim imkanı qazandırır. Belə ki, onlar altsistem vasitəsilə vaxt itirmədən təqdim etdikləri vakant iş yerinə uyğun namizədi tapa bilirlər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!