USD - 1.7 EUR - 2.0142 RUB - 0.0227 TRY - 0.2251 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycanda son sutkada 148 nəfər COVID-19-a yoluxub, 177 nəfər sağalıb, 2 nəfər vəfat edib Prezident İlham Əliyev: “Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi” “Xəzəri qoruyaq” təmizlik aksiyaları keçirilib Prezident: Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi Prezident İlham Əliyev: Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və uzun illər belə olacaq
Sosial sığınacaqlar gücləndirilmiş iş rejiminə keçib

"Hava şəraitinin kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığınacaqları gücləndirilmiş iş rejimində işləyir".

ASAN Radio xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Nazirlik rəsmisi bildirib ki, sığınacağa ehtiyacı olanların Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulub.

"Sosial sığınacağa ehtiyacı yaranan şəxslər özləri, yaxud onlar barədə digər şəxslər bu barədə 077 641 51 81 nömrəsinə və ya Nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər. Sığınacaqlara yerləşdirilən şəxslər burada yataqla, yemək və lazım gəldikdə ilkin tibbi yardımla təmin olunurlar.

Hər iki sığınacağa bu günədək 360-dan çox şəxs qəbul edilib. Onlardan 230-u 18 yaşdan yuxarı şəxslər, qalanları yetkinlik yaşına çatmayanlar olub. Hazırda iki müəssisədə 59 nəfər, o cümlədən 18 yaşdan yuxarı 47, yetkinlik yaşına çatmayan 12 nəfər stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar", - deyə F.Talıbov qeyd edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio