USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişləri nağdsız qaydada həyata keçirmək məqsədi ilə "Azərbaycan Beynəlxalq Bankı" İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə bank kartları buraxıb.

 

Agentlikdən "Report"a verilən məlumata görə, bu kartlar vasitəsilə tibb müəssisələrində müştərək maliyyələşmə məbləğini, Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərin tarifini və s. bu kimi ödənişləri nağdsız qaydada həyata keçirmək mümkündür.

 

Hər hansısa bank kartına sahib olmayan şəxslər kartı "Azərbaycan Beynəlxalq Bankı"nın icbari tibbi sığorta tətbiq edilən ərazilərdəki filial və şöbələrindən şəxsiyyət vəsiqələrini təqdim etməklə pulsuz ala bilərlər.

 

“Nağdsız hesablaşmalar haqqında” qanunun tələbinə uyğun olaraq publik hüquqi şəxs statuslu tibb müəssisələrində nağdsız ödənişlərin aparılması üçün "Azərbaycan Beynəlxalq Bankı" müvafiq layihə çərçivəsində onları lazımi sayda POS-terminal və ödəmə terminalları ilə təchiz edib. Vətəndaşlar tibb müəssisələrindəki ödəmə terminalı vasitəsilə sözügedən karta vəsait yerləşdirdikdən sonra ödənişlər POS-terminalla aparılır. Həmçinin "Azərbaycan Beynəlxalq Bankı"nın filial və şöbələrində, “Cash in” tipli bankomatlarında, E-manat və Azericard ödəmə terminalları və “Card to card” vasitəsilə də bu karta vəsait mədaxil etmək mümkündür. Bank kartı əhaliyə gələcəkdə tibb sahəsində digər xüsusi imtiyazlardan, əlavə güzəştlərdən faydalanmaq imkanı da yaradacaq.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanın səhiyyə sisteminin nağdsız ödənişlərə keçidində bu kartların mühüm yenilik olduğunu qeyd edib: “Bank kartı tibb müəssisələrində nağdsız qaydada ödənişlərin aparılmasına imkan yaradacaq. Nağdsız hesablaşmaların aparılması tibb müəssisələrində maliyyə dövriyyəsinin şəffaflığını artıracaq və hesabatlılığı təmin edəcək”.

 

"Azərbaycan Beynəlxalq Bankı"nın İdarə Heyətinin sədri Abbas İbrahimov: “Bu bank kartları icbari tibbi sığortanın ölkəmizdə uğurla tətbiqinə töhfə verəcək. Yaxın gələcəkdə bir sıra aptek şəbəkələri, səhiyyə infrastrukturu ilə əlaqəli digər sahələr də bu kartlarla ödəniş sisteminə cəlb ediləcək. Beləliklə, bu sferada nağdsız ödənişlərdən geniş istifadə üçün əlverişli ekosistem formalaşacaq. Vətəndaşlar bu kartlarla ödəniş zamanı kəşbək faizləri qazanacaqlar. Bununla da tibbi xidmətə görə xərclərinə müəyyən qənaət etmiş olacaqlar. Bütün bunlar ölkəmizdə nağdsız ödənişlərin tendensiyasını genişləndirəcək”.

 

Müasir dövlət bankı olan "Beynəlxalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!