ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə ABŞ səfirliyinin "Facebook" hesabında səfirin təbriki ilə bağlı videomüraciət yayılıb.
Səfir bildirib ki, bu gün Azərbaycan ən əziz bayramlarından biri olan Novruz bayramını qeyd edir: “Çox güman ki, azərbaycanlılar üçün köhnə ilin sonu və yeni ilin başlanğıcını simvolizə edən Novruzdan vacib heç bir bayram yoxdur. Novruz günlərində Azərbaycan xalqı qarşıdan gələn baharı gözəl qədim ənənələri ilə salamlayır. Bu il bir çox azərbaycanlılar koronavirusun yayılmasının qarşısını almaq üçün Novruzu fərqli qeyd edəcəklər. Qlobal vətəndaşlar olaraq hamımzın sağlam qalması üçün əlimizdən gələni etməliyik. Asqıranda və öskürəndə ağzınızı qolun dirsək hissəsi ilə tutmalı, əllərimizi tez-tez yumalı və əgər xəstələnmişiksə, evdə qalmalıyıq. Ümid edək ki, bu Novruz hamıya barış, firavanlıq və xüsusilə cansağlığı gətirəcək. Novruz bayramınız mübarək!".
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!