Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb.
Parlamentin mətbuat xidmətindən ASAN Radioya verilən məlumatda bildirilir ki, ölkədə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlər nəzərə alınmaqla, Milli Məclisin inzibati binalarında insanlar arasında birbaşa təması məhdudlaşdırmaq, idarəetməni mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirmək məqsədi ilə Milli Məclis Sədrinin 2020-ci il 18 mart tarixli Sərəncamına uyğun olaraq, 2020-ci il martın 23-də Milli Məclisin rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri arasında, Milli Məclisin rəhbərliyi ilə parlamentdə təmsil olunan siyasi partiyaların liderləri arasında, habelə Milli Məclisin rəhbərliyi ilə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında internet üzərindən 3 informasiya mübadiləsi qrupu yaradılıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!