USD - 1.7 EUR - 1.8427 RUB - 0.022 TRY - 0.2563 DAHA ÇOX
SON DƏQİQƏ
SMS müraciət sisteminə dair tələb və tövsiyələr DYP: 19 min 759 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb 63 COVID-19 infeksiyasına yoluxma faktı qeydə alınıb ADA Universiteti tələbələrin təhsilini onlayn rejimdə davam edir İcazəsiz hərəkət edən şəxslər müəyyən olunaraq, barələrində tədbirlər görülür 
Nazirlik: Yaşı 65-dən yuxarı 10 mindən artıq tənha vətəndaşa evlərində xidmət göstərilir

Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bütün sosial xidmət işçiləri səfərbər olunmaqla hazırda yaşı 65-dən yuxarı 10 mindən artıq tənha vətəndaşa evlərində gündəlik sosial məişət xidmətləri göstərilir.

Bu barədə ASAN Radioya ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, Nazirlik tərəfindən bu sahədə aparılan işlərə, koronavirus pandemiyasından qorunmaları üçün evlərində çıxmaları qadağan edilmiş tənha yaşlılarımızın elə evlərində  xüsusi qayğı ilə əhatə olunmasına dəstək verən qurumların sırası genişlənir.

“Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırır. Layihə çərçivəsində  eyni zamanda, tənha yaşlılara dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkili kimi sosial xidmətlərin göstərilməsi də nəzərdə tutulub.

Hazırda tənha yaşlıların evlərində sosial xidmətlərlə təminatı işlərində DOST və ASAN, YAP könüllüləri, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və “SƏLİS” Birliyinin könüllüləri yaxından iştirak edirlər. Fövqəladə Hallar Nazirliyi, “Azərpoçt” MMC də öz dəstəyini göstərir.

“Azərmaş” ASC isə bu işlərə “Böyüklərimizi qoruyaq!” sosial aksiyası ilə qoşulmaqla sosial məsuliyyət prinsipinə sadiqlik nümayiş etdirir. Sosial xidmətçi və könüllülər tərəfindən tənha yaşlılarımıza evlərində xidmət göstərilməsi tədbirlərinin daha səmərəli və operativ təşkili üçün “Azərmaş” ASC bu aksiya çərçivəsində 100 avtomobil və sürücü ayırmaqla onları ödənişsiz taksi xidməti ilə təmin edir”, - deyə məlumatda qeyd olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio