USD - 1.7 EUR - 2.0029 RUB - 2.1438 TRY - 0.0427 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"

“Bütün səylərimizi birləşdirərək, Azərbaycan Prezidentinin çağırışına qoşularaq, həmrəylik nümayiş etdirərək, bütün dünyanı lərzəyə salan və bütün ölkələrin cəmiyyətlərini ciddi şəkildə narahat edən koronavirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş Nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

“Prezident İlham Əliyev karantin rejimi ilə əlaqədar olaraq, köməyə və dəstəyə ehtiyacı olan vətəndaşlara yardım etmək məqsədilə könüllülərin xidmətinin fəallaşmasının vacib olduğu fikrini söyləyib. Yeni Azərbaycan Partiyasının könüllüləri də ölkə başçısının bu çağırışına qoşularaq, aksiyaların həyata keçirilməsində iştirak edirlər. Diqqətinizə çatdırmaq istəyirəm ki, YAP könüllüləri artıq bir neçə gündür ahıl, köməyə və dəstəyə ehtiyacı olan, tənha yaşayan insanlara qoruyucu vasitələrin çatdırılması ilə əlaqədar aksiya keçirib. Bu günə qədər 2500 insana bu yardımlar çatdırılıb. Bu aksiyalar bundan sonra da davam etdiriləcək. Məqsəd isə ondan ibarətdir ki, ehtiyacı olan, lakin həmin vasitələri almaq üçün çölə çıxmaq imkanı olmayan şəxslərə koronavirusdan mübarizə üçün vasitələri çatdırmaqdır.

İkinci istiqamətdə könüllülər vasitəsilə  həyata keçirdiyimiz aksiya karantin rejimi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birgə ahıl, yaşlı və tənha yaşayan insanlara dəstək göstərilməsi ilə əlaqədardır. Bu aksiyada YAP-ın Bakı şəhəri üzrə 200-dən çox, bütövlükdə Azərbaycan üzrə 550-dən çox könüllüləri səfərbər olub”, - deyə Ə. Əhmədov vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!