Elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və şəhər sakinlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər davam etdirilir.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri sosial izolyasiya tədbirlərinin tam yerinə yetirilməsi üçün paytaxtda üzərimizə düşən bütün vəzifələr icra olunmaqdadır.
"Bu məqsədlə paytaxtda koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlar tərəfimizdən müəyyən olunduqda profilaktiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi müəyyən olunduqda onlar da tövsiyələrə uyğun olaraq, vəziyyət onlara izah olunmaqla toplaşdıqları yerdən uzaqlaşdırılır.
Yalnız bir halda qadağalara məhəl qoyulmadıqda qanunvericliyə uyğun olaraq, tədbirlər görüləcək.
Xüsusi təyinatlı avtomobillər vasitəsilə bütün küçə və prospektlərdə, məlhəllədaxilli yollarda əhaliyə xəbərdarlıqlar edilir.
Həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar. Ona görə də bir daha Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət olunmasını, qərarların anlayışla qarşılanmasını, tələb və tövsiyələr əməl etməyi xahiş edirik", - deyə qeyd olunub.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!