Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xüsusi karantin rejimi dövründə nəqliyyat vasitələrinə təhlükəsizlik kameraları vasitəsi ilə cərimə tətbiq edilməsinə dair yayılan məlumatlara münasibət bildirib.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya bildirib ki, sosial şəbəkələrdə guya şəhərdə hərəkətdə olan avtonəqliyyat vasitələrinə kameralar vasitəsi ilə cərimə tətbiq edilməsi barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir: "Xüsusi karantin rejimi dövründə hərəkətdə olan nəqliyyat vasitləri Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılır. Araşdırma aparılır, əgər həmin avtomobili idarə edən şəxs zərurət yaranmadan yola çıxıbsa onlar 100 manat dəyərində cərimə edilirlər”.
Qeyd edək ki, sosial şəbəkələrdə hərəkətdə olan avtonəqliyyat vasitələrinə kameralar vasitəsilə cərimə tətbiq edilməsi dair məlumatlar yayılıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!