USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ADA Universiteti tələbələrin təhsilini onlayn rejimdə davam edir

Koronavirus pandemiyasının ölkəmizdə yaratdığı təhlükədən qorunmaq məqsədilə ADA Universitetinin akademik heyəti tədris ocaqları üçün xüsusi yaradılmış "Blackboard Collaborate" platforması vasitəsilə onlayn tədris metoduna keçib. 

"Blackboard Collaborate" platforması eyni zamanda 1000-dən çox tələbəyə e-dərslərə qoşulmaq, müəllimlərlə virtual forum və müzakirələr vasitəsilə ünsiyyət qurmaq, dərslə bağlı suallarını ünvanlamaq və tapşırıqları onlayn yerinə yetirmək kimi imkanlar təqdim edir. Tapşırıqların qiymətləndirilməsi və davamiyyətin aparılması da bu sistem vasitəsilə həyata keçirilir. Tələbələr akademik cədvələ uyğun olaraq istənilən mobil cihazdan istifadə edərək tədris prosesi və akademik göstəriciləri ilə bağlı yenilikləri izləyə bilirlər.

Tələbələrin dərsləri təkrar izləməsi üçün videomühazirələr yazılır və bulud serverlərdə arxivə yerləşdirilir. Universitetin xarici tələbələri və mübadilə proqramlarından geri dönmüş Azərbaycanlı tələbələr də onlayn dərslər vasitəsilə təhsillərini davam etdirirlər.

Universitet rəhbərliyi dərslərin keyfiyyətinin artırılması üçün dərslərə qoşularaq monitorinqi həyata keçirir. "Blackboard Collaborate" platforması dekanlara həftəlik icmal hesabatlar hazırlayır və bu hesabatlar akademik heyətin keçirdiyi mütəmadi videoiclaslar vasitəsilə müzakirə edilir.

"Blackboard Collaborate" platforması artıq iki həftədən çoxdur ki, uğurla sınaqdan keçib, tələbələrin canlı onlayn dərslərə cəlb olunmasını təmin edib.

Qeyd edək ki, ADA Universiteti 2017-ci ildən etibarən dünyanın 1400 universitetinin istifadə etdiyi “Banner” tələbə məlumatı sistemindən və 2018-ci ildən etibarən "Blackboard" tədrisin idarəedilməsi sistemindən istifadə edir. 2019-cu ildə təsis olunmuş ADA Məktəbi də bu elektron platformalardan istifadə edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!