USD - 1.7 EUR - 1.858 RUB - 0.0238 TRY - 0.2502 DAHA ÇOX
SON DƏQİQƏ
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının koronavirus testinin nəticəsi açıqlanıb Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb Sabahın hava proqnozu Sumqayıtda 4 hərbçi, 1 mülki şəxsin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb ÜST: Çimərliklərdə ehtiyatlı olmaq lazımdır
Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərən işçilər və onlara əlavənin ödənilmə müddəti müəyyənləşib

Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və əlavənin ödənilmə müddətinin müəyyən edilməsi barədə” qərar verib.

Qərara əsasən, xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsi aşağıdakı kimi müəyyən edilib:

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət sektorunda çalışan işçilər;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan psixonevroloji, sağlamlıq imkanları məhdud uşaqlar üçün, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələrinin, habelə həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində çalışan işçilər.

 

Müddətli əlavə 2020-ci il aprelin 1-dən iyunun 1-dək olan müddət üçün iş vaxtına mütənasib olaraq ödəniləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio