USD - 1.7 EUR - 1.9248 RUB - 0.024 TRY - 0.2477 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub BQXK: Mülki şəxslərin təhlükəsizliyinə görə narahatıq və neytral vasitəçi qismində çıxış etməyə hazırıq Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır Ermənistan ordusunun mayoru və kapitanı məhv edilib General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq
ÜST Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət bildirib

“Qəti şəkildə bildirmək istəyirəm ki, karantin qaydalarının yumşaldılması şəraitində qətiyyən kütləvi yığıncaqlar keçirmək və toplaşmaq halları olmaz”.

ASAN Radionun xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Marqaret Harris Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət bildirərkən deyib.

ÜST rəsmisinin sözlərinə görə, mütləq şəkildə şəxsi gigiyena qaydalarına əməl edilməlidir:

“Əsas önəmli olan odur ki, virusa yoluxmanın qarşısını alan amilləri biləsən. O amili ki, yoluxmanı azaldır. Bunu bilmək vacibdir. Çünki yoluxma artanda onun qarşısını almaq çətinləşir. Başqa amil isə nəzarətdir ki, yoluxmuş insanlarla sağlam insanlar bacardıqları qədər ünsiyyətdə olmasınlar. Mən potensial yoluxmuş insanları sağlam insanlardan təcrid etməyi əhəmiyyətli sayıram. Çünki karantin qaydaları yumşaldıqdan sonra insanların kütləvi şəkildə küçələrə axınının şahidi oluruq. Bu hal da sonradan kütləvi yoluxma ilə müşahidə olunur. Ona görə də belə yerlər mütləq şəkildə dezinfeksiya olunmalı və xüsusi təmizliyə riayət edilməlidir.” 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio