USD - 1.7 EUR - 1.9252 RUB - 2.1118 TRY - 0.044 DAHA ÇOX
YENİLİKLƏR
Ötən həftə daha #ASAN oldu - 17-23 fevral 2025 “ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "QəbuldASAN"da             0:41 / 22:02             Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov "QəbuldASAN"da sualları cavablandırıb “YAŞAT" Fondu tərəfindən 4 il ərzində 86 milyon 762 min manatdan çox vəsait xərclənib
Universitetlərə keçid balları açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçid ballarını açıqlayıb. 

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bu barədə bildirib. Onun sözlərinə görə, müsabiqəyə yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə biləcəklər.

I, II, III və IV ixtisas qruplarının müsabiqəsində (ixtisas seçimində) ümumi balı 200-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

I ixtisas qrupunun “Riyaziyyat”, “Fizika, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Elektronika”, “Telekommunikasiya və radio texnika mühəndisliyi” ixtisasları üzrə ümumi balı 250-dən, “Kompyuter elmləri”, “Geologiya” ixtisasları üzrə ümumi balı 300-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olanlar ixtisas seçimində iştirak edəcəklər.

Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)”, “Beynəlxalq münasibətlər və regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının  müsabiqəsində xarici dil fənn üzrə nisbi balı 40-dan az olmayan, Bakı Dövlət Universitetinin I, II və III qruplarda tədrisi ingilis dilində olan ixtisasların müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayanlar abituriyentlər iştirak edə bilərlər.

M.Abbaszadə abituriyentlərin düzgün ixtisas seçimi etməsinin vacib olduğunu bildirib. "Bəzən səhvlərə yol verilir. Məsələn, rus dili əvəzinə ingilis dili qeyd edilir və yaxud da əksinə. Sonradan bu cür səhvləri aradan qaldırmaq mümkün olmur. İxtisasları da valideynləri ilə məsləhətləşərək özləri seçsinlər. Başqa heç kim bu məsələni həvalə etmək olmaz. Bunun üçün onlara kifayət qədər vaxt verilir". O, qeyd edib ki, bu il abituriyentlərə 15 ixtisas seçimi şansı veriləcək. 

DİM rəsmisi abituriyentlərin keçid və ixtisas balını da qarışdırmamalaı olduqlarını qeyd edib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!