USD - 1.7 EUR - 1.9248 RUB - 0.024 TRY - 0.2477 DAHA ÇOX
SON DƏQİQƏ
Ermənistan ordusunun mayoru və kapitanı məhv edilib General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq MN: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir MN: Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edilib Azərbaycan XİN: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb
Sosial məsafə gözləməklə “Əsgərə salam” verildi!

Sosial məsafə gözləməklə “Əsgərə salam” verildi!

ASAN Radionun xəbərinə görə, Heydər Əliyev Fondunun dəstəyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hərbi vətənpərvərlik sosial layihəsi reallaşır. 

“Əsgərə salam” 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə həyata keçirilir. 

Müxtəlif peşə və yaş kateqoriyasına mənsub bir qrup layihə iştirakçısı Heydər Əliyev Mərkəzinin qarşısında hərbçilərimizi təbrik edib. 

Xalq artistləri Mənsum İbrahimov və Nurəddin Mehdixanlı, “Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Qara Qarayev, “ASAN Radio”nun direktoru Emin Musavi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev həkim, yanğınsöndürən, müharibə veteranı, məcburi köçkün qadın və uşaq hərbçilərimizə əlamətdar gün münasibətilə təbriklərini hərbi salamla çatdırıblar.

İndiyədək on minlərlə insan aksiya iştirakçısı olub. Məqsəd cəmiyyətin müxtəlif təbəqələrinin Silahlı Qüvvələrimizin Ali Baş Komandanına etimadını, Ordumuzun şəxsi heyətinə dəstəyini nümayiş etdirməkdir.

Müdafiə Nazirliyi sosial layihəyə dəstək vermək məqsədilə hərbi hissələrdə “Əsgərdən salam” aksiyası təşkil edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio