USD - 1.7 EUR - 1.9288 RUB - 0.024 TRY - 0.2477 DAHA ÇOX
SON DƏQİQƏ
Daha 350-dən çox azərbaycanlı Rusiyadan təxliyə olunub Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub BQXK: Mülki şəxslərin təhlükəsizliyinə görə narahatıq və neytral vasitəçi qismində çıxış etməyə hazırıq Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır Ermənistan ordusunun mayoru və kapitanı məhv edilib
“E-Təbib” mobil tətbiqində icazələrin alınması qaydası müəyyənləşib

“E-Təbib” mobil tətbiqində icazələrin alınması qaydası müəyyənləşib.

ASAN Radionun məlumatına görə, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına müvafiq dəyişiklikdə əksini tapıb.

“E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı qaydada həyata keçirilir:

- tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

- mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;

- giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinədaxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;

- “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:

1. açılan əsas səhifədə “icazələr” bölməsinə keçd edilir;

2. tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;

3. icazənin növü seçilir (1 və ya 2);

4. “Göndər” düyməsi sıxılır;

- “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə

mesajı ekranda görünür;

- “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio