USD - 1.7 EUR - 1.9952 RUB - 2.1757 TRY - 0.0425 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir  

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət"in 9108 Çağrı Mərkəzinə müraciət edilməsi imkanı yaradılıb.

ASAN xidmətdən ASAN Radioya verilən məlumata görə, Çağrı mərkəzi xidmətlərinin müasir texnologiyalardan istifadə edilməklə evdən, məsafədən həyata keçirilməsi təmin edilib.

Vətəndaşlar üçün rahatlığın və əlçatanlığın təmin edilməsi məqsədi ilə Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən "ASAN xidmət" mərkəzlərinin əməkdaşlarının bəziləri inzibati ofislərindən, digərləri isə evdən olmaqla Çağrı mərkəzinin fəaliyyətinə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təhciz ediliblər.

Mərkəzin əməkdaşları tərəfindən gün ərzində təxminən 12-14 mindən çox vətəndaş müraciəti qəbul olunur. 9108 Çağrı mərkəzi vasitəsi ilə müraciətlərin qəbulu Xüsusi Karantin Rejimi müddətində nəzərdə tutulur. Müraciətlər bu müddətdə həftənin bütün günləri saat 09:00-dan 21:00-dək həyata keçirilir. Eyni zamanda vətəndaşlarımızın daha asan məlumatlandırılması və çoxsaylı zənglərin idarə edilməsi məqsədi ilə 24 saat avtomatlaşdırılmış rejimdə vətəndaşların sorğularını cavablandıran sistem fəaliyyət göstərir.

Xatırladaq ki, evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərirlər.

Əməkdaşlar üçün icazənin alınmasına görə isə dövlət və özəl təşkilatlar tərəfindən sistem üzərindən müraciət göndərilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!