USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BMT və ASAN Radio BMT 75 təşəbbüsünün Azərbaycanda təşviqinə başlayır

BMT-nin Azərbaycandakı nümayəndəliyi və “ASAN Radio” Azərbaycanda BMT 75 təşəbbüsünü təşviq etmək üçün yeni layihəyə başlayır. Ən böyük qlobal müzakirə olan bu təşəbbüs Birləşmiş Millətlər Təşkilatının 75-ci ildönümünə həsr olunub. Layihə 20 dəqiqəlik həftəlik verilişdən ibarət olacaq və BMT 75 təşəbbüsünün ilboyu soruşacağı üç əsas sualı müzakirə edəcək: "Hansı gələcəyi qurmaq istəyirik?"; Biz düzgün yoldayıqmı?"; və "Boşluğu aradan qaldırmaq üçün hansı addımları atmalıyıq?".

“BMT 75” adlanan veriliş həftənin çərşənbə axşamı günlərində saat 18:05-də efirə gedəcək və dövlət qurumları, vətəndaş cəmiyyəti, akademik dairələr, özəl sektor və gənclər təşkilatlarının nümayəndələrini bir araya gətirəcək.   

"BMT75 sadəcə yubiley münasibətilə keçirilən bir bayram olmayacaq. Bu, BMT-nin qorxu və münaqişələrdən azad dünya vədinin daha yaxşı həyata keçirməsini təmin etmək üçün birgə işləmək, habelə müxtəlif strategiya və təklifləri dinləmək ili olacaq,” BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.

Bu veriliş həmçinin BMT 75 təşəbbüsünün əsas elementlərindən olan bir dəqiqəlik qlobal sorğunu da təşviq edəcək. Sorğu Azərbaycan dilinə də tərcümə olunub - https://un75.online/?lang=aze. Onun nəticələri dünya liderləri və BMT-nin yüksək rütbəli rəsmilərinə bu ilin sentyabrın 21-də BMT-nin 75 illik yubileyi münasibətilə keçiriləcək yüksək səviyyəli tədbir zamanı təqdim ediləcək.

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir və əsasən maarifləndirici verilişlərə üstünlük verir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!