USD - 1.7 EUR - 1.9961 RUB - 2.1625 TRY - 0.0425 DAHA ÇOX
YENİLİKLƏR
"YAŞAT" Fonduna edilən ianələrin miqdarı niyə azalıb?  Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb   Problemlərinizin həll yolu - "ASAN müraciət" "Azəriqaz"İB-nin şöbə rəisi Eldəniz Vəliyev "QəbulASAN"da sualları cavablandırdı “ASAN xidmət” Ulu Öndərin xatirəsinə müsabiqə reallaşdırıb
Dövlət Agentliyi ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunda təmsil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 10-11 sentyabr 2020-ci il tarixində onlayn formada təşkil edilən ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunda təmsil edilib. 

ASAN Radio xəbər verir ki, Forumda ATƏT-ə üzv dövlətlərin nazirləri, yüksək vəzifəli dövlət rəsmiləri, akademik dairələrin nümayəndələri iştirak ediblər.

İki gün davam edən və 3 sessiyadan ibarət olan Forumda korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə rəqəmsal texnologiyaların rolu, rəqəmsal nəzarət sistemləri, şəffaf büdcə məsələlərinə dair çağırışlar mövzularında müzakirələr olub. Həmçinin sessiyalar zamanı qabaqcıl idarəçiliyin əsas prinsiplərindən hesab edilən şəffaflıq və innovasiya vasitəsilə iqtisadi səmərəliliyə nail olunması ilə bağlı müzakirələr həyata keçirilib. 

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev “Şəffaflığın artırılması, qabaqcıl idarəetmə və qanunun aliliyi vasitəsilə korrupsiyanın qarşısının alınması və onunla mübarizə” mövzusuna həsr olunan 2-ci sessiyada çıxış edib. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətindən, e-hökumət sahəsindəki irəliləyişlərdən, müxtəlif elektron və rəqəmsal layihələrdən bəhs edib. Həmçinin “ASAN xidmət”ə verilmiş BMT mükafatlarından, beynəlxalq əməkdaşlıqda əldə olunmuş uğurlardan, “MyGov”, “ASAN Finans”, “E-hərrac” kimi layihələrdən və müvafiq sahələr üzrə gələcəkdə nəzərdə tutulan planlardan söz açılıb.

Bundan əlavə tədbir iştirakçılarına pandemiya ilə mübarizədə ölkəmizdə görülmüş işlər, eləcə də “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” barədə ətraflı məlumat verilib. 

Tədbirdə Azərbaycanda şəffaflığın təmin olunması və rəqəmsal alətlərin tətbiqi ilə korrupsiyaya qarşı uğurla mübarizə, o cümlədən elektron xidmətlərin mərkəzlərdə vətəndaşlara çatdırılması və geniş beynəlxalq əməkdaşlığın həyata keçirilməsi barədə təqdimat maraqla qarşılanıb.

Təqdimat çoxsaylı suallar, şərhlər, cavablarla müşayiət olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!